“Maska içmək, sosial məsafədən korunmaq” – ELDAR ƏZİZOV ÖZÜNÜ BELƏ RÜSVAY ETDİ + VİDEO

OXUNUB: 720 MARAQLI

Xəbər verdiyimiz kimi, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqi keçirilib. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Budəfəki brifinqdə Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədovla yanaşı, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də TƏBİB rəsmisi iştirak edib.

Brifinqdə ən yadda qalan və insanların qınağına tuş gələn isə Bakı meri Eldar Əzizovun çıxışı olub. Belə ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının daha çox rus sözlərindən istifadə etməsi, Azərbaycan dilində səlis danışmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb və gülüş hədəfi olub. Bundan başqa E.Əzizovun məsələlərə normal baxışla yanaşa bilmədiyi bəlli olur.

Belə ki, onun hətta İbrahim Məmmədovdan kömək istədiyi açıq görünür. Bakı merinin çıxışı zamanı işlətdiyi "Maska içmək” ifadəsi isə cənab Əzizovun nitqinin kulminasiya nöqtəsinə çevrilib. Məhz bu ifadə sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub.


RƏYLƏR