Maştağada itkin düşən məktəbli qızdan – Xəbər/Foto

OXUNUB: 691 SOSİAL

Fidan dünən gecə saat 11-də tapılıb.

Bu sözləri teleqraf-a açıqlamasında itkin düşən 12 yaşlı məktəbli Fidan Salayevanın atası Musa Salayev bildirib.

Onun sözlərinə görə, qızı servis avtobusuna minməyib deyə azıb: "Səhv avtobusa minibmiş. Polisin də xəbəri vardı. Elə axşam zəng edib yerini dedilər. Yasamalda idi. Gedib gətirdik.”.

Qeyd edək ki, dünən 12 yaşlı məktəbli Fidan Salayevanın itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. O, Maştağada 22 saylı məktəbdən çıxıb və 166 saylı avtobusa minib. Hər gün məktəbə servis avtobusu ilə gedib-gəlirmiş.

Noyabrın 7-də dərsdən çıxanda sinif yoldaşına Həzi Aslanov qəsəbəsində işləyən anasının yanına gedəcəyini deyib.

İcmal.Az


RƏYLƏR