Maştağada qəza: Ölən var

OXUNUB: 727 HADİSƏ

Bakının Sabunçu rayonunda 18 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

Maştağa qəsəbəsində yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Əzizov Hacıağa Feyzulla oğlunu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən sürücü saxlanılıb./report

İcmal.Az

RƏYLƏR