Maykl Ceksonun ölümü ilə bağlı şok iddia — "Məni öldürməyə çalışırlar"

OXUNUB: 894 ŞOU-BİZNES
Pop musiqisinin kralı Maykl Ceksonun ölümü ilə bağlı yeni iddialar səsləndirilib.


İddiaya əsasən Cekson ölümündən bir neçə həftə əvvəl əl yazısı ilə bir məktub yazıb. Əfsanəvi popçu məktuba "məni öldürməyə çalışırlar" yazıb.

"The Sun" qəzetinin xəbərinə əsasən məşur müğənni Maykl Ceksonun ölümündən əvvəl yazdığı bir məktub üzə çıxıb.
 Cekson yaxın dostu alman əsilli iş adamı Maykl Yakobshagenə göndərdiyi iddia edilən məktubda "məni öldürməyə çalışırlar" cümləsini yazıb. Bundan başqa Cekson məktubda həyatından narahat olduğunu qeyd edib və  "mövcud sistem sahib olduqlarım üçün məni öldürmək istəyir"-cümləsindən istifadə edib./olke.az
 
İcmal.Az

RƏYLƏR