MDB ölkələrinin XİN başçıları Soçi görüşündə

OXUNUB: 766 SİYASƏT

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xarici işlər nazirləri (XİN) Soçi görüşündə bir sıra sənədlər, o cümlədən hərbi əməkdaşlıq və terrorla mübarizə barədə sənədlər üzrə razılığa gəliblər.

İcmal.Az bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Eyni zamanda, "MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərinin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri layihəsi" üzrə razılıq əldə olunub.

Bundan savayı, "Korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası layihəsi" və "Terrorizm və ekstremizmin digər zorakı təzahürləri, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizədə informasiya mübadiləsi barədə saziş layihəsi" razılaşdırılıb.

İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib.

İcmal.Az

RƏYLƏR