MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib — FOTO

OXUNUB: 829 SOSİAL
Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.


"Ölkə.Az" xəbər verir ki, iclasda MDB ölkələrinin müdafiə nazirləri növbəti il üçün birgə tədbirlər planını təsdiq edib. Həmçinin nazirlər Şurası MDB hava hücumundan müdafiə sisteminin maliyyələşdirilməsi layihəsini təsdiqləyib.

Nümayəndə heyətlərinin başçıları səhra təlimi məsələləri üzrə əlaqələndirmə komitəsinin yaradılması barədə Rusiya Müdafiə Nazirliyinin təklifini dəstəkləyib, MDB ölkələrinin Silahlı Qüvvələrinin birgə hazırlanması məsələlərində daha sıx əməkdaşlığı qəbul ediblər.

MDB dövlətlərinin müdafiə nazirləri hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini nəzərə alaraq, beynəlxalq terrorizm, xüsusilə antiterror əməliyyatlarları ilə bağlı birgə tədbirlərin keçirilməsi sisteminin yaradılmasına xüsusi diqqət yetiriblər.
 
İcmal.Az

RƏYLƏR