MEDİA-da Beynəlxalq Media Forumun iştirakçıları ilə görüş keçirilib

OXUNUB: 793 index-manşet SOSİAL
İyulun 23-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Beynəlxalq Media Forumun iştirakçıları ilə görüşüb.

Əhməd İsmayılov qonaqlara dəvəti qəbul edərək Beynəlxalq Media Forumunda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, bu cür forumların keçirilməsinin önəmini vurğulayıb. 

Əhməd İsmayılov qonaqları ölkəmizin media sahəsində aparılan islahatlar barədə məlumatlandırıb. Həmçinin bir çox beynəlxalq media orqanları ilə əlaqələrin qurulduğunu qeyd edib, #türkdilli ölkələrlə media sahəsində qarşılıqlı məlumat mübadiləsi aparıldığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Beynəlxalq Media Forumunda müzakirə olunan mövzuların önəmindən bəhs edilib. 

Forum iştirakçıları tədbirin yüksək səviyyədə təşkil edilidiyinə görə təşəkkürünü bildiriblər.

Sonda qonaqlara "Azərbaycan çap mətbuatı tarixinin inciləri” jurnalı təqdim edilib.


RƏYLƏR