MEDİA-da Cahangir Məmmədli ilə görüş keçirildi

OXUNUB: 110 SOSİAL
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli ilə görüş keçirilib.

7NEWS.Az xəbər verir ki, professor Agentliyin ölkə mediasının inkişafına yönələn fəaliyyətini, "Media haqqında qanun”un geniş ictimai müzakirələrini yaxından izlədiyini bildirib.

C.Məmmədli artıq parlamentin müzakirələrindən keçmiş qanun layihəsinin ölkə mediasının həyatında yeni keyfiyyət mərhələsinin əsasını qoyacağını vurğulayıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu il gerçəkləşdiriləcək yeni layihələr və "Media haqqında qanun”dan irəli gələn məsələlər barədə ətraflı bəhs edib.

Görüşün sonunda Əhməd İsmayılov 80 illik yubileyi münasibətilə professor Cahangir Məmmədlini təbrik edib. 

RƏYLƏR