​"Media haqqında" qanun ifadə azadlığına tam təminat verir - Natiq Məmmədli

OXUNUB: 128 SOSİAL
""Media haqqında" qanun Azərbaycan informasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq".

7NEWS.Az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə deyib.
"Azərbaycanın hər bir qəzetinin, hər bir saytının öz siması olmalıdır. Azərbaycan jurnalistinin hörməti, nüfuzu digər peşə sahiblərindən fərqlənməməlidir. Məhz bu hörməti jurnalist özü, öz siması, öz sözü ilə qazanır. Bu yaxında Milli Məclisin lll oxunuşundan keçən və geniş müzakirə olunan "Media haqqında" qanun Azərbaycan İnformasiya mühitinin sağlamlaşdırılmasına, Azərbaycan jurnalistinin nüfuzunun qaytarılmasına bir töhfə olacaq. Bəzilərinin qısqanclıqla qarşılamasına baxmayaraq, "Media haqqında" qanun ifadə azadlığına tam təminat verir, onun bütün maddələri Azərbaycan mediasının inkişafı üçün hesablanıb və bu həyata keçdikcə bizim mediamız fəaliyyətlərində bunu hiss edəcək".

Onun sözlərinə görə, cəmiyyətin media savadlılığının inkişafı üçün müxtəlif qurumların media ilə geniş əlaqəsi önəmlidir:

"Biz cəmiyyətimizin informasiyanı qəbul edən kəsiminin media savadlılığını inkişaf etdirməliyik ki, insanlar feyknyusla doğru xəbəri fərqləndirə bilsin. Cəmiyyətimiz düzgün, yanlış, mötəbər xəbərləri ayıra bilsin. Bu üç komponentin hər biri istiqamətində əl-ələ verib işləsək, səylərimizi əsirgəməsək, bu, həm peşəkar mediaya gətirib çıxaracaq, həm peşəkar informasiya qaydalarına gətirib çıxaracaq, həm də cəmiyyətin özünün ümumi intellektual səviyyəsinin inkişafına dəstək olacaq.

Xüsusi olaraq vurğulmaq istəyirik ki, DGK-nın media ilə işi digər qurumlar üçün də nümunə olmalıdır və bu nümunədən nə qədər çox bəhrələnsək, Azərbaycan mediasının ilkin mənbədən informasiya əldə etmək imkanı artacaq".

RƏYLƏR