Mədrəsədə BƏDBƏXT HADİSƏ: Pəncərəni silən qadın ikinci mərtəbədən yıxıldı

OXUNUB: 623 HADİSƏ

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində qadın yıxılaraq ağır xəsarət alıb.

1989-cu il təvəllüdlü qəsəbə sakini Şamxalova Mahizər Ağadur qızı yaşadığı evin pəncərəsini silən zaman ikinci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, M.Şamxalova ağır kəllə-beyin travması, baş və bədənin müxtəlif dərəcəli əzilmiş yaraları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. /report

 

İcmal.Az

RƏYLƏR