Məhkəmə Mustafa Cecelinin istəyini rədd etdi

OXUNUB: 883 ŞOU-BİZNES
Müğənni Mustafa Ceceli keçmiş arvadı Sinem Gedik və İntizarı məhkəməyə verərək ona 2 ay müddətində yaxınlaşmaması üçün qərar almışdı. 

 
İcmal.Az xarici KİV-ə istinadən xəbər verir ki, İntizar da buna cavab olaraq məhkəməyə üz tutmuş və Ceceliyə qarşı 2 aylıq qoruma istəmişdi. Məhkəmə İntizarın da istəyini qəbul edib. 

Cecelinin vəkili İntizarın tələbini rədd edib və "Qarşı tərəfin ifadəsi yalandır. Məhkəməni aldatmağa çalışır. İntizarla müvəkkilimin keçmiş həyat yoldaşı arasındakı münasibət digər şəxslər tərəfindən təhlükədədir. Məhkəmə Mustafa Ceceli ilə bağlı verdiyi qərarı rədd etsin" ərizəsini yazıb. 

Ancaq məhkəmə Cecelinin tələbini qəbul etməyib. 

Qeyd edək ki, Sinem Gediklə müğənni İntizarın sevgili olması ilə bağlı videolar yayılıb. Ceceli videoları məhkəməyə təqdim edərək övladını keçmiş arvadından almağa çalışır.
 
 
İcmal.Az

RƏYLƏR