Məhkəmə piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən sürücü ilə bağlı bəraət hökmünü qüvvədə saxladı

OXUNUB: 963 SOSİAL

Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Rüfət Kazımovun barəsindəki hökmdən zərərçəkmişin hüquqi varisi tərəfindən verilən apelyasiya şikayətinə baxılıb. 

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O deyib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxs barəsindəki bəraət qərarını qüvvədə saxlayıb və qarşı tərəfin şikayəti təmin edilməyib. 

Qeyd edək ki, ötən ilin iyununda Bakı şəhər sakini Rüfət Kazımovun idarə etdiyi "Nissan Teana” markalı, 90 –SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən yol kənarı ilə piyada yeriyən Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsi R. Kazımov barəsində bəraət hökmü çıxarıb. 

RƏYLƏR