Məhkəmə qərarını verdi — Messi 21 ay müddətinə azadlıqdan məhrum ediləcək

OXUNUB: 888 İDMAN
İspaniya məhkəməsi vergi ödəməkdən boyun qaçırdığı üçün Messi haqqında qərar çıxarıb.


Məhkəmənin hökmü ilə futbolçu Lionel Messi 21 ay həbs cəzasına məhkum edilib.

İspaniyanın Ali Məhkəməsi "Barselona" futbol klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi və Atası Xorxe Orasio Messi barədə olan hökmü qüvvədə saxlayıb. Messi və atası vergi ödəməkdən yayındıqları üçün cəzalandırılıblar.

Bildirilir ki, ata və oğul 4.1 milyon avro vergi ödəməkdə ittiham edilirlər. Prokurorun məlumatına əsasən futbolçu 2007, 2008, 2009-cu illərdə əldə etdiyi gəlirdən vergi ödəməyib. Məhkəmədə futbolçu bəyan edib ki, onun maliyyə işləri ilə atası Xorxe Orasio məşğul olub. Lionel isə vergi məsələsini heç vaxt atası ilə müzakirə etməyib./olke.az
 

İcmal.Az

RƏYLƏR