Mehman Hüseynov çıxış üçün vaxt istədi

OXUNUB: 657 SOSİAL

Bloqer Mehman Hüseynovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, müvəkkili çıxışa hazır deyil.

Vəkil M.Hüseynovun çıxış etməsi üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə noyabrın 16-da davam edəcək.

Xatırladaq ki, Ali Məhkəmədə M. Hüseynovun kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin onun barəsindəki qərarı ləğv olunub. Cinayət işini yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıblar.

İcmal.Az

RƏYLƏR