"Mehmetcik"dən AĞIR ZƏRBƏ - Terroçuların əsas adamlarından biri idi

OXUNUB: 617 DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Qəndil ilə Şırnak və Sirt çöllərində həyata keçirdiyi hava əməliyyatlarında daha 9 PKK terrorçusu məhv edilib.

 Bu haqda Baş qərargahın rəsmi Tvitter hesabından verilən açıqlamada deyilir.

Hava əməliyyatları 17, 18 və 19 iyul tarixlərində keçirilib.

İraqın şimalında iyulun 13-də keçirilən hava əməliyyatında isə "Dəlil Karakoçan” kod adlı Həsən Çakmak adlı terrorçunun da aralarında olduğu 3 terrorçu silah, sursat və narkotik maddələrin ticarəti zamanı öldürülüb.

Həsən Çakmakın PKK-nın lojistika üzrə cavabdeh şəxsi olduğu bildirilir.

İcmal.Az

RƏYLƏR