Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında qalib gələn idmançıları təbrik edib

OXUNUB: 469 index-manşet SİYASƏT

Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

M.Əliyeva bununla bağlı "İnstagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".

RƏYLƏR