“Mehriban xanımın bütün təşəbbüsləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanır”- Millət vəkili

OXUNUB: 333 SOSİAL
"Mehriban xanım Əliyevanın fəaliyyətində və timsalında biz hər zaman ədalətin, mərhəmətin, xeyirxahlığın təcəssümünü görmüşük. O, daim öz insanpərvərliyi, yüksək bacarığı, peşəkarlığı və zəkası ilə seçilib, xalq içində böyük nüfuz qazanıb. Bu gün də həmin fəaliyyət davam edir. 1-ci Vitse-Prezidentlik dövründə hörmətli Mehriban xanım o qədər müsbət, faydalı işlər görüb ki, onları sadaladıqca bitməz.”
 
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev söyləyib.

"Bu gün çox dəyərli Mehriban xanımın 1-ci Vitse-Prezident təyin olunmasından düz 5 il ötür. Mehriban Əliyeva qısa müddətdə həqiqətən çox böyük və geniş miqyaslı işlər görüb, fəaliyyət sərgiləyib. Onun bütün təşəbbüsləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. İstər daxili siyasətdə, istər beynəlxalq arenada Mehriban xanımın söylədiyi bütün fikirlər, irəli sürdüyü təkliflər, təşəbbüskarı olduğu ideyalar  daim diqqət mərkəzindədir, xalq tərəfindən dəstəklənir və dövlətçilik maraqlarına xidmət edir. Mən Mehriban xanıma gələcək fəaliyətində də böyük, sonsuz və tükənməyən uğurlar arzulayıram”- deyə millət vəkili fikirlərinə davam edib.

RƏYLƏR