Mehriban Xanlarovadan keçmişi ilə bağlı etiraf

OXUNUB: 758 ŞOU-BİZNES
Əməkdar artist Mehriban Xanlarova keçmişi ilə bağlı etiraf edib.
 
Milli.az-a açıqlama verən aktrisa illər öncə oyuncaq fabrikində işlədiyini bildirib.

"Mən aktrisa olmamışdan öncə oyuncaq fabrikində çalışırdım. Universitetə daxil olmaq üçün mütləq şəkildə əlimdə sənətim olmalı idi. Bir rus qadın mənə məsləhət gördü ki, oyuncaq fabrikində işləyim. İki-üç il mən bu fabrikdə çalışdım. Mənim işim burada hazırlanan oyuncaqlara nəzarət etmək idi. Bəzən görürdüm ki, oyuncaqları yaxşı hazırlamayıblar, mən yenə də onları rəhbərliyə demirdim. Rəhbərlik bilsəydi, onları cəzalandırardı", - deyə aktrisa bildirib.
 
İcmal.Az

RƏYLƏR