Məhşur futbolçu vəfat edib

OXUNUB: 1133 İDMAN
Gürcüstan təmsilçisi "Zuqdidi"nin qapıçısı Şota Maminaşvili vəfat edib.

İcmal.Az  apasport.az-a istinadən xəbər verir ki, "çərçivə qoruyucusu" "VİT Corciya" ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.

Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

Qeyd edək ki, 31 yaşlı Maminaşvili daha çox Batumi "Dinamo"sundakı çıxışı ilə məşhur idi.
 
 
İcmal.Az

RƏYLƏR