Məhşur otellər şəbəkəsinin sahibləri həbs olundu

OXUNUB: 738 DÜNYA
Türkiyədə 15 iyul tarixində baş verən çevriliş cəhdi ilə bağlı həbslər davam edir.
 
İcmal.Az "Akşam”-a istinadən xəbər verir ki, bu gün Antalya Prokurorluğunda Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə əlaqədar olaraq Antalyadakı "Delphin” otellər şəbəkəsinin sahibləri Mine Cömertoğlu, Alper Cömertoğlu, Üfüq Cömertoğlu və Egemen Cömertoğlu hakim qarşına çıxarılıb.
 
Belə ki, məhkəmənin qərarı ilə Mine Cömertoğlu, Alper Cömertoğlu həbs olunublar. Üfüq Cömertoğlu və Egemen Cömertoğlu isə şərti olaraq azadlığa buraxılıblar.

İcmal.Az

RƏYLƏR