Meksikada baş verən zəlzələdə 22 uşaq vəfat etdi

OXUNUB: 636 DÜNYA

Meksikanın paytaxtı Mexikoda zəlzələ zamanı məktəb binasının uçması nəticəsində 22 uşaq və 2 böyük insan dünyasını dəyişib.

İcmal.Az Report-a istinadla xəbər verir ki, bu barədə yerli "Noticieros Television” telekanalı məlumat yayıb.

"Colegio Rebsamen”in uçması nəticəsində 22 uşaq və 2 böyük dünyasını dəyişib”, - deyə telekanalın "Twitter” səhifəsində məlumat verilib.

Çərşənbə axşamı baş verən zəlzələnin gücü 7,1 maqnituda olub.

İcmal.Az

RƏYLƏR