Meksikada cinayətkarlar 14 polisi öldürdü

OXUNUB: 558 DÜNYA
Meksikanın Miçiogan əyalətində naməlum cinayətkarların hücumu nəticəsində ən azı 14 polis əməkdaşı həlak olub. Bu barədə bazar ertəsi Meksika ictimai təhlükəsizlik nazirliyi rəsmi "Twitter" səhifəsində açıqlayıb. "İctimai təhlükəsizlik və vətəndaşların müdafiəsi nazirliyi, Miçioganda 14 polisin öldürülməsi ilə nəticələnən hücumu pisləyir" mesajda qeyd olunur. Ətraflı məlumat verilmir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-avqust aylarında Meksikada 23,7 min adam cinayətkarların əlindən ölüb, bu da 2018-ci illə müqayisədə 3,5% çoxdur. Minlərlə insanın ölümünə görə məsuliyyət narkotik mafiyasının üzərinə düşür. Sentyabrın əvvəlində prezident Andres Manuel Lopez Obrador cinayətkarlığa qarşı mübarizəni əsas məqsədi olduğunu deyib.

RƏYLƏR