Meksikada mağaradan 10 min yaşlı insanın qalıqları tapılıb

OXUNUB: 688 DÜNYA

Meksikanın Yukatan yarımadasının böyük sualtı mağara sistemində dalğıclar tərəfindən təqribən 10 min əvvəl yaşamış insanın qalıqları tapılıb.

Bu barədə tədqiqat layihəsinin rəhbəri Gilyermo de Andaya istinadən "El Universal" qəzeti yazıb.

Ekspert hesab edir ki, qədim insanın ölümünə hansısa fəlakət səbəb olub. Skeletin məhz kimə məxsus olduğu hələ məlum deyil, ona görə layihəyə antropoloq da qoşulub.

Mağaranın tədqiqatı zamanı qurbangah və mayalıların ticarət allahı Ek-Çuaxuya həsr olunmuş dini mərasim alətləri də tapılıb.

Tarixçilərin fikrincə, maya tacirləri bu yerdən ziyarət üçün istifadə ediblər. Arxeoloqlar elə oradaca həmin allahın çoxlu sayda keramikadan qalıqlarını və maskasını aşkar ediblər./report

 

İcmal.Az

RƏYLƏR