Meksikada mormonlara hücum edilib, 6-sı uşaq olmaqla 9 nəfər öldürülüb

OXUNUB: 507 HADİSƏ
Meksikada etno-dini qrup olan mormonlara hücum edilib. Hücum nəticəsində 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb.

İlk olaraq Çiuaua ştatından Sonora ştatına gedən yolda avtomobilə atəş açılıb. Bundan başqa, 12 nəfərin olduğu daha iki avtomobilə hücum edilib. Baş vermiş hücumlar zamanı ümumilikdə 9 nəfər qətlə yetirilib, 8 nəfər isə girov götürülüb. Öldürülənlərdən 6-sı uşaq olub. 

Hücum barədə qurbanların qohumu, aktivist Xulian LeBaron məlumat verib. Hazırda 8 nəfərin axtarışı davam etdirilir.

Axtarışa hərbi qüvvələr və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

RƏYLƏR