Meksikada türmədə qiyam zamanı ən azı 13 nəfər ölüb

OXUNUB: 531 DÜNYA

Meksikanın Kadereyta şəhərindəki türmədə baş verən qiyam zamanı azı 13 nəfər ölüb.

Daha 8 məhbusun vəziyyəti ağırdır. Daha öncə bir nəfərin öldüyü bildirilirdi.

 

Qeyd olunur ki, qiyam edən məhbuslar 3 mühafizəçini tutublar və uzun bir müddət ərzində onların azadlığa buraxılması barədə danışıqlar aparıblar, lakin bu nəticəsiz olub. Polis məhbuslara qarşı güc tətbiq etmək qərarına gəlib./trend

 

İcmal.Az

RƏYLƏR