Meksikada yaşayış evində 11 nəfər qətlə yetirilib - VİDEO

OXUNUB: 708 DÜNYA

Meksikanın Çiuaua ştatının Syudad-Xuares şəhərində bir qrup silahlı şəxs yaşayış evində 11 nəfəri qətlə yetirib.

İcmal.Az report-a istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ölənlərdən 8-i kişi, 3-ü isə qadındır. Bəziləri əli bağlı olan meyitlərin üzərində işgəncə izləri aşkar edilib.

Hücumun iki yerli cinayətkar qrup arasında olan münaqişə zəminində törədildiyi ehtimal edilir.

 

RƏYLƏR