Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 139-a çatdı

OXUNUB: 697 DÜNYA

Yeni məlumatlara görə, Meksikada güclü zəlzələ nəticəsində azı 139 nəfər həyatını itirib.

İcmal.Az Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Qəza-Xilasetmə Xidmətinin rəhbəri Luis Felipe Puente məlumat yayıb.

"Hazırda 139 nəfərin öldüyü xəbər verilir: 64 nəfər Morelos ştatında, 36 nəfər Mexiko şəhərində, 29 nəfər Puebla ştatında, 9 nəfər Mexiko ştatında və 1 nəfər Qerrero ştatında”, - deyə Puentenin "Twitter”də yazdığı məlumatda bildirilir.

Çərşənbə axşamı Meksikada 7,1 maqnituda zəlzələ baş verib. Nəticədə evlər dağılıb, insanlar təxliyyə olunub və paytaxt Mexikoda fövqəladə vəziyyət rejimi elan edilib.

İcmal.Az

RƏYLƏR