Məktəbdə çəkilən bu FOTOLAR ÖLKƏNİ AYAĞA QALDIRDI: Şagirdlər beton döşəmənin üzərində... - FOTOLAR

OXUNUB: 530 DÜNYA

Türkiyədə bir məktəbdə çəkilən görüntülər müzakirələrə səbəb olub.

 600 şagirdin yerdə, beton döşəmədə oturaraq yemək yediyini əks etdirən görüntülər Göbeklitepe İlkokulunda qeydə alınıb.

Yeməkxananın olmadığı məktəbdə 24 sinfin şagirdləri hər gün yeməklərini koridorda beyon döşəmənin üstündə oturaraq yeyir.

Məsələ ilə bağlı Göktepe Mahalle bələdiyyəsinin məsul şəxsi Hüseyin Yalçın aidiyyatı qurumlara müraciət etsə də müsbət cavab ala bilməyib:

"Məktəbimizdə 600 şagird təhsil alır. Yeməkxana olmadığına görə onlar yeməklərini məktəbin koridorunda yerdə oturaraq yeyir. Biz bu kimi halların qarşısını almaq üçün bir sinfimizi xüsusi olaraq ayırdıq ki, şagirdlər yeməklərini orda yesin. Amma bu cəhdimiz də uğurlu nəticə vermədi. 600 uşaq bir sinfə necə yerləşə bilər axı? Masaların üzərinə yemək dağılır, sonra isə həmin masalarda dərs keçirilir. Belə olmaz axı. Gigiyenik qaydalara riayət edilmir"./big

İcmal.Az
Məktəbdə çəkilən bu FOTOLAR ÖLKƏNİ AYAĞA QALDIRDI: Şagirdlər beton döşəmənin üzərində... - FOTOLAR

RƏYLƏR