Məktəbli qızı dəfələrlə zorlayıb, gəlinlik geyindirdi - FOTO

OXUNUB: 764 DÜNYA
Gənc oğlan sosial şəbəkədə tanış olduğu məktəbli qıza dəfələrlə təcavüz edib.

İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, Hadisə Türkiyənin Konya şəhərində baş verib. Liseyin son sinfində təhsil alan qız ötən il sosial şəbəkədə F.K. ilə tanış olub. Oğlan yeniyetmə qızı evinə dəvət edib. F.K. evdə paltarlarını çıxarıb və B.D.-yə onunla cinsi əlaqəyə girməsini təklif edib. Mənfi cavab alan F.K. iddiaya görə gənc qıza təcavüz edib.

 
Hadisədən sonra sevgililər ayrılıb. Bir müddət sonra keçmiş sevgilisi ilə yenidən görüşən F.K. gənc qıza evlilik vədi verib. Onlar yenə birlikdə olublar. O, gənc qızı dəfələrlə döyərək, onunla cinsi əlaqəyə girib.

Polisə şikayət edən məktəbli F.K.-nın onunla evlənəcəyinə inandığını, hətta gəlinlik donu almaq üçün mağazaları gəzdiklərini bildirib.

Hadisə ilə bağlı istintaq işi davam edir.
 
İcmal.Az

RƏYLƏR