Məleykə Abbaszadə: “Qəbul prosesi daha çevik həyata keçirilməlidir”

OXUNUB: 834 SOSİAL

"Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi baza yaratmalıyıq”.

Bunu Azərbaycan Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət Qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, qəbul prosesi daha çevik həyata keçirilməlidir: "Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur”.

M.Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzininin məqsədi istedadlı gəncləri dövlət qulluğu cəlb etmək, imtahan prosesini daha çevik etməkdir./report

İcmal.Az

RƏYLƏR