Məmmədyarov Bakının Xəzərin statusu ilə bağlı iradları barədə

OXUNUB: 746 İQTİSADİYYAT

Xəzər Dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni üzrə iradlar bütün ölkələrdə var idi.

İcmal.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar  Məmmədyarov "RİA Novosti”yə müsahibəsində Bakının Konvensiyanın mətni ilə bağlı hansısa iradlarının olub-olmadığı sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, bu, eyni tipli sənədlərin hazırlanmasında tamamilə adi beynəlxalq təcrübədir. 

Bir neçə ildir ki, həyata keçirilmiş böyük işlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini razılaşdırmağa imkan verən nəticəyə gətirib.

"Məlum olduğu kimi, 1996-cı ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupu yaradılıb, bu format çərçivəsində 51 görüş keçirilib. 

Təbii ki, tərəflərin mövqelərinin razılaşdırıldığı bir vaxtda, iştirakçılar arasında Xəzər məsələləri üzrə ənənəvi Azərbaycan-Rusiya məsləhətləşmələri də daxil olmaqla, əlaqələr qurulmuşdu”, - nazir bildirib.

İcmal.Az

RƏYLƏR