Məmmədyarov: Bu, sülh prosesini öldürmək deməkdir

OXUNUB: 594 SİYASƏT

Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir.

İcmal.Az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, bu məsələ Paris görüşü zamanıda müzakirə olunub.

"Mən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır.

O ki qaldı bundan sonrakı danışıqlara, həmsədrlər Ermənistana səfər etməlidirlər ki, yeni hakimiyyətlə tanış olsunlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər”, - deyə XİN başçısı əlavə edib. 

İcmal.Az

RƏYLƏR