Məmmədyarov Karuana ilə bacarmadı

OXUNUB: 1066 İDMAN

Bu gün Berlində şahmat tacı uğrunda gedən oyunlarda 10-cu turun oyunları keçirilib.

İcmal.Az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gəlib. Amerikalı rəqibinə qarşı ağ fiqurlarla oynayan Məmmədyarovun görüşü heç-heçə nəticələnib.

Bu şahmatçıların ilk dövrədəki duelində də bərabərlik qeydə alınmışdı.

Turnir cədvəli: Karuana - 6,5 xal; Məmmədyarov - 6; Qrişuk – 5,5; Dinq, Karyakin - 5; Kramnik – 4,5; So - 4; Aronyan – 3,5

İcmal.Az

RƏYLƏR