Məmmədyarovla Mnasakanyanın FOYE GÖRÜŞÜ – Ayaqüstü SÖHBƏT

OXUNUB: 563 SİYASƏT
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnasakanyan Avropa İttifaqının Şərq Əməkdaşlığı ölkələrinin XİN rəhbərlərinin Minskdə keçirilən qeyri-formal görüşündə bir araya gəlib.

 Ermənistan XİN-nin sözçüsü Tiqran Balayan Məmmədyarovla Mnasakanyanın ayaqüstü söhbətini əks etdirən fotonu Tvitter səhifəsində paylaşıb.

Qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni XİN rəhbəri Mnasakanyanla Məmmədyarovun Qarabağ münaqişəsinin nizama salınmasına dair birbaşa görüşü hələki olmayıb. Minskdəki görüş isə daha çox foyedə hər iki nazirin üçüncü şəxslə söhbətinə bənzəyir və güman ki, bu, ayaqüstü tanışlıqdır.

İcmal.Az

RƏYLƏR