Məmuru döyən ata-oğul barədə cinayət işi açıldı

OXUNUB: 739 HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda baş vermiş hadisə barəsində məlumat yayıb.

İcmal.Az DİN-ə istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.

İcmal.Az

RƏYLƏR