Məmuru zibil qabına atıb, ağzını bağladılar - VİDEO

OXUNUB: 618 DÜNYA

Ukraynanın Xarkov şəhərinin rəhbərliyi ilə yerli sakinlər, daha da dəqiqləşdirsək, radikallar arasında qarşıdurma yaranıb.

Bir qrup radikal öncə şəhər meri Andrey Rudenko ilə görüşmək və öz narazılıqlarını ona bildirmək üçün şəhər icra hakimiyyətinin binasına daxil olub. Lakin bu zaman binanın təhlükəsizlik xidmətinin işçiləri ilə etirazçılar arasında qarşıdurma yaranıb. Etirazçılar binanın içərisində qarşılarına çıxanı dağıdıb-sındırmağa başladığından, mühafizəçilər də gözyaşardıcı qazdan istifadə ediblər.

Bir qədər sonra Xarkov merinin müavini Gennadi Kernes etirazçılarla görüşmək qərarına gəlib. Amma bu zaman bir qrup şəxs onu əllərinə götürərək yaxınlıqdakı zibil qabına salıblar. Onlar hətta məmuru ora saldıqdan sonra qapağını bağlayıb, yola itələyiblər.

Baş verənlərin görüntülərini təqdim edirik:/yenicag.az

İcmal.Az

RƏYLƏR