"Məni 4 yol polisi oğlumun gözləri qabağında döydü" - FOTO - VİDEO

OXUNUB: 618 HADİSƏ
Maşınlarını cərimə meydançasından çıxarmaq üçün oğlunun arxasınca gedən ananı polislər döyüblər. 

İcmal.Az pressclub.az-a istinadən xəbər verir ki, bu, Ucar rayon sakini Həcayət Məhəmməd qızı Həsənovanın iddiasıdır. Xanım bildirir ki, oğlu ona dərman almaq üçün maşını da götürüb aptekə yollanıb. Lakin polislər onu saxlayıb maşını cərimə meydançasına aparıblar.Övladının arxasınca Ucar Rayon Dövlət Yol Polisi İdarəsinə getdiyini deyən H.Məmmədova orada həyatının kabusunu yaşadığnı bildirir: 

"Mənə 2-3 min pul "oxudular”. Bildirdim ki, bu pulu verə bilmərəm. 2-ci qrup əliləm, 60 manat pensiya alıram, özüm də 3 uşaq anası, bu qədər pulu haradan alım? Dedilər, 60 manata baxmırıq, ya bu qədər pul verməlisən, ya da uşağın 15 sutka "yatacaq”. Mənim oğlum içkili vəziyyətdə olmayıb sükan arxasında, dərman alıb qayıdarkən salıblar "içəri”. Razılaşmayanda mübahisə yarandı, orada 4 nəfər mənim üstümə hücum çəkdi. Məni döydülər, birinin adı Elçin Tağıyevdir, digəri isə DYP idarəsinin rəhbəri, 2 nəfər də başqa polis işçiləri. Məni oğlumun yanında döydülər məni, oğlum güclə əllərindən aldı. Başıma-gözümə xəsarət yetirdilər. Ondan sonra məni qoydular maşına Yevlaxa, tibbi ekspertizaya apardılar. Ekspert polislərə göz vurdu ki, sizin işinizi ört-basdır edəcəm. Mənə heç nə vermədi, sənəd filan. Dedi ki, get, həftənin 3-cü günü səni çağıracam, şəxsiyyət vəsqəni də götürüb gələrsən. Gecə ağrılarım başladı və getdim Bakıya, "Respublikanski xəstəxanasına”. Orada həkimlər məni müayinə etdilər, gördülər ki, başımdan, əlimdən, ayağımdan xəsarət almışam, hamısı rəsmiləşdirildi. Həmin gündən müalicədəyəm”.

H.Məmmədov videomüraciət yayaraq prezidentdən, əlaqədar qurumlardan bu özbaşınalığa cəza tələb edir.


 

İcmal.Az

RƏYLƏR