"Mənsimov köhnə gəmilərinə Rəsulzadə, Elçibəy adı verməklə Azərbaycan iqtidarını şantaj edir" — Tanınmış jurnalist iş adamını "dələduz" adlandırdı

OXUNUB: 498 HADİSƏ

"Yeni Müsavat" qəzetinin şef-redaktoru, tanınmış jurnalist Azər Ayxan Məhəmməd Əmin Rəsulzadənin adına köhnə gəmi verdiyinə görə "Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovu tənqid edib. 


Demokrat.az xəbər verir ki, Azər Ayxan Mübariz Mənsimovu dələduzluqda ittiham edib:


"Mübariz Mənsimovun batan gəmisi, üzə çıxan yalanı. Məhəmməd Əmin Rəsulzadənin ruhu bu saxtakarlığın baş tutmasına, azərbaycanlıların ülvü hissləri ilə oynayıb siyasi xal qazanmağa imkan vermədi. Dələduzlar... Hələ Mənsiomova girənlərə baxardız. Nə Mübarizin Rəsulzadə umurundadı, nə də Mənsimova bəy tərifi demək üçün növbəyə dayananların. Hərənin öz marağı vardı bu işdə. M.Mənsimov köhnə gəmilərinə Rəsulzadə, Elçibəy adı verməklə hakimiyyəti qıcıqlandırır. Azərbaycan iqtidarını şantaj edir. Ona tərif demək üçün sıraya dayananlar da Mənsimovdan para çəkə biləcəklərini zənn edirlər. Gəminiz batsın...".

 


 

İcmal.Az

RƏYLƏR