Mənzildən qadın meyiti tapılıb

OXUNUB: 693 HADİSƏ

Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.

İcmal.Az FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Samayelova Roza Samayıl qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:01-də başa çatıb


 

 

 

İcmal.Az

RƏYLƏR