Mərdəkan çimərliyində qan töküldü

OXUNUB: 774 HADİSƏ

Bakının Xəzər rayonunda kütləvi dava baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Mərdəkan çimərliyində qeydə alınıb.

Əraziyə istirahətə gələn 1986-cı il təvəllüdlü Xankişiyev Elşən Şirinbala oğlu mübahisə zəminində 4 nəfərlə əlbəyaxa olub. Nəticədə o döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR