'Mərdəkan' marketdən aldığı yumurta evdə "partladı" - FOTOLAR - VİDEO

OXUNUB: 689 HADİSƏ İQTİSADİYYAT
Son vaxtlar marketlərdə istifadəyə yararsız yumurta satışı ilə bağlı şikayətlər çoxalıb. 

Şikayətlər daha çox lax yumurtaların satışı ilə bağlıdır. Belə bir vəziyyətlə bu gün Xəzər rayonu Mərdəkan qəsəbəsinin sakini üzləşib. 

İcmal.Az xəbər verir ki, şikayətçinin cebhe.info-ya verdiyi məlumata görə, "Mərdəkan” marketdən aldığı 15 ədəd yumurtadan biri xarab çıxıb. Yumurtanı qaynadan xanım şikayətçi 3-5 dəqiqə sonra məhsulun qazanda partladığını və evi üfunət iyi bürüdüyünü deyib: "Qazandan gələn səsi anlamadım. Qabığı dağılmış yumurtanı qazandan çıxardım. İlk görünüşdən yumurtanın rəngi içərisində cücə olması təsiri bağışladı. Rəngi qapqara, qoxusu isə iylənmiş balıq iyi verirdi. Təbii ki, iylənmiş yumurtanı atdım. Məhsulun xarab olması şikayəti ilə "Mərdəkan” marketə getdim. Satıcı şikayətimi dinləsə də, məsələni üzərlərindən atmaq üçün yumurtanın "Giləzi Quşçuluq” firmasına məxsus olduğunu dedi. Daha sonra dediyi sözü təkzib edərək marketə gətirilən hansısa fiziki şəxsə aid olduğunu bildirdi”. 

Qeyd edək ki, Mərdəkan sakini videogörüntünü göndərib. Həmin görüntüləri təqdim edirik.
Bakıda marketdən aldığı yumurta evdə
Bakıda marketdən aldığı yumurta evdə
 
 

İcmal.Az

RƏYLƏR