Mərdəkanda yaşlı qadını avtomobil vurub öldürdü – FOTO

OXUNUB: 850 HADİSƏ

Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İcmal.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən yaşlı qadın Orucov Firuz Şahmurad oğlunun idarə etdiyi 90-OZ-390 dövlət qeydiyyat nişanlı, "Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Zərərçəkmiş hadisə yerində ölüb. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

RƏYLƏR