Mərhum aktyor dəfn olundu - FOTO

OXUNUB: 1504 MƏDƏNİYYƏT

Bu gün tanınmış aktyor, Əməkdar artist Telman Əliyevin nəşi  Bakıda Xırdalan qəbiristanlığında dəfn olunub.

İcmal.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a mərhumun oğlu Vüsal Əliyev məlumat verib.

Vüsal Əliyev mərasimdə mərhumun sənət yoldaşlarının iştirak etdiyini bildirib. Onun sözlərinə görə, "üç mərasimi” iyulun 7-də təşkil olunacaq: "Ayın 7-də "Lider TV”-nin yaxınlığında yerləşən xeyir-şər evində atam üçün ehsan veriləcək. Allah cəmi ölənlərə rəhmət eləsin!”

Xatırladaq ki, məşhur kino və teatr aktyoru Telman Əliyev dünən səhər saatlarında qəfildən dünyasını dəyişib. Mərhumun ölüm səbəbi hələlik bəlli deyil. Ailə ekspertizanın cavablarını gözləyir.

Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində çoxsaylı rollar oynayıb.

2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib.

Görkəmli aktyor 4 iyul 2017-ci ildə 69 yaşında dünyasını dəyişib.

 

İcmal.Az

RƏYLƏR