Merkel anlaşmaya gedir

OXUNUB: 23 DÜNYA

Almaniyada hakim partiyanın formalaşdırılması üzrə danışıqların hər üç iştirakçısı – Xristian demokratik və Xristian sosialist ittifaqları (XDİ/XSİ), həmçinin Almaniyanın sosial demokratik partiyası (ASDP) yeni hökumət barədə koalisiya sazişinin əsasını təşkil edəcək proqram sənədini razılaşdırıb.

İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

ASDP 28 səhifəlik sənədi sonuncu imzalayıb. Bundan öncə isə proqram Angela Merkelin mühafizəkar bloku tərəfindən dəstəklənib.

Yaxın vaxtlarda hər üç partiyanın liderləri mətbuat qarşısında çıxış edəcəklər.

Xatırladaq ki, Almaniyada parlament seçkiləri 2017-ci il sentyabrın 24-də keçirilib. Angela Merkelin XDİ/XSİ bloku səslərin 32,6 faizini toplayıb. ASDP isə öz tarixi ərzində ən pis nəticə göstərərək 20 faizdən bir qədər çox səs yığa bilib.

AFR-in yeni hökuməti hələ də qurulmayıb. Mühafizəkarlar koalisiya hökumətinin qurulması üzrə əvvəlcə "yaşıllar” və liberallarla danışıqlar aparıblar. Bir aydan çox davam edən danışıqlar dalana dirəndikdən sonra ASDP ilə məsləhətləşmələrə başlamaq qərara alınıb.

İcmal.Az

RƏYLƏR