Merkeli kim əvəzləyəcək?

OXUNUB: 571 DÜNYA

Angela Merkelin Almaniya kansleri vəzifəsində dördüncü müddətə fəaliyyətə başlaması üçün təkcə onun təmsil etdiyi Xristian-Demokratlar İttifaqının (XDİ) fevralın 26-da keçiriləcək qurultayının nümayəndələrinin, həmçinin Almaniya Sosial-Demokratlar Partiyasının (ASDP) sıravi üzvlərinin koalisiya sazişini imzalamağa razılıqlarını almaq qalıb. 

ASDP-nin yazılı "referendum”unun nəticələri martın 4-də elan olunacaq.

Həm mühafizəkarların, həm sosial-demokratların razılıq verəcəyinə ehtimal var. Lakin Almaniyada hər kəs əmindir ki, dördüncü müddət Merkel üçün sonuncu olacaq. 

XDİ-də hesab edirlər ki, 2021-ci ildə kansler seçkilərində onların namizədi olacaq varis barədə düşünmək vaxtıdır. Axı namizədin təbliği üçün vaxt tələb olunur.

Bu namizəd Anneqret Kramp-Karrenbauer ola bilər.

Bu günlərdə isə Merkel XDİ-nin baş katibi vəzifəsinə onun namizədliyini təklif edib./oxu

İcmal.Az

RƏYLƏR