Mərkəzi Bank: Bankların maliyyə dayanıqlılığının gücləndirilməsi davam edəcək

OXUNUB: 679 İQTİSADİYYAT

Bankların maliyyə dayanıqlılığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi istiqamətində işlər davam etdiriləcək. 

İcmal.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir. Bu amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaradacaq.

İcmal.Az

RƏYLƏR