Mərkəzi Bankdan depozit hərracı ilə bağlı açıqlama

OXUNUB: 301 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.

Oxu.Az-a bankdan verilən məlumata görə, bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 420,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.

Bu da tələbin təklifdən hərracda cəlb olunması nəzərdə tutulan 150 mln. manatdan 180,4% çox olması deməkdir.

Azərbaycan Mərkəzi Bankı may ayı ərzində 4 depozit hərrac keçirib ki, həmin hərraclarda da ümumi 1 milyard 813 milyon manat vəsait toplayıb.

RƏYLƏR