Mərkəzi Bankdan valyuta ilə bağlı AÇIQLAMA

OXUNUB: 738 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmini açıqlayıb.

İcmal.Az Mərkəzi Banka istinadən xəbər verir ki, qurumun valyuta ehtiyatları sentyabr ayının sonuna 5 mlrd. 167,5 mln. ABŞ dolları təşkil edib. Sentyabr ayının 1-nə bu rəqəm 5 mlrd. 101.2 mln. ABŞ dolları olub. Beləliklə, sentyabr ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 66,30 mln. dollar artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta ehtiyatlarının həcmində artım 1 mlrd. 34,80 mln. dollar təşkil edib.

İcmal.Az 

RƏYLƏR