Mərkəzi Bankın hərracında tələb təklifdən 5 dəfəyə yaxın yüksək olub

OXUNUB: 700 İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

İcmal.Az AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan çox 4,6 dəfə çox-456,3 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% olub.

İcmal.Az

RƏYLƏR