Merve Boluğur biznesmen sevgilisinə görə peşman oldu - FOTO

OXUNUB: 935 ŞOU-BİZNES

Türkiyəli aktrisa Merve Boluğur qısa müddət ərzində eşq yaşadığı iş adamı Hakan Sabancı ilə bağlı peşmanlığını dilə gətirib.

İcmal.Az xəbər verir ki, ötən aylarda "flirt” etməyə başlayan cütlük Ramazan Bayramında Sabancının yaxtasında gedərkən əl-ələ görüntülənmişdi.

Tətildən sonra toyların birində Sabancının keçmiş sevgilisi, yunanıstanlı model Eveli Kazantzoğlu ilə yaxınlaşmasından sonra cütlük ayrılmışdı.

27 yaşlı aktrisa ötən günlərdə yaxın dostlarına "Hakanla sevgili olmaq həyatımın ən böyük xətası idi. Onunla keçirdiyim hər saniyəmə görə peşmanam” deyib.

Qeyd edək ki, Merve Boluğur müğənni Murat Dalkılıçla evlənmişdi. Cütlük boşanandan sonra Merve Hakan Sabancı ilə, Murat isə aktrisa Hande Erçellə sevgili olub.

 

İcmal.Az

RƏYLƏR